"Qəbələ" klubunun yeni transferi İfeanyi Emeqaranın Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- İlk öncə komandaya gəlişi haqda məlumat verərdin...
- Dostlarımdan birinin agentlərlə əlaqəsi var idi. O mənə "Qəbələ" klubunda seçim olduğunu bildirdi. Düşündüm və "Qəbələ"də oynamağa qərar verdim.
- Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqda hansısa məlumatın var idimi?
- Bəli. Azərbaycan haqda məlumatım var idi. Ancaq futbolunuz haqda heç nə bilmirdim.
- Bəs, Azərbaycanı hansı sahə üzrə tanıyırdın?
- Azərbaycanın yaxşı ölkə olduğunu eşitmişdim. Əsasən də neft ölkəsi kimi tanıyırdım. Məsələn, vətənim Nigeriya da əsasən neft ölkəsi kimi tanınır. Neftdən söhbət gedərkən Nigeriya ilə yanaşı, Azərbaycanın da adı çəkilirdi. Bir də "Land of Azerbaijan" ifadəsini də çox eşitmişəm.
- Komandaya uyğunlaşmaqda problem yoxdu ki?
- Xeyr. Heç bir problem yoxdu. Qış toplanışı çərçivəsində komandada baxışda xeyli futbolçu var. Baş məşqçi də baxışda olan bütün futbolçuları sınamaq istəyir. Ona görə də meydana hər dəfə fəqli heyət buraxır. Oyundan-oyundan komandaya daha çox uyğunlaşıram. İnanıram ki, Premyer Liqa oyunlarına qədər hər şey qaydasına düşəcək.
- "Qəbələ"yə yeni futbolçuların gəlişi komandada rəqabəti bir qədər də artırır. Sənin mövqeyinə kifayət qədər təcrübəli futbolçular var. Əsas heyətə düşmək uğrunda rəqabət səni qorxutmur?
- Rəqabətdən heç zaman qorxmamışam. Məncə, heç bir futbolçu bundan qorxmamalıdır. Rəqabət çox yaxşıdır. Çünki məhz rəqabət sayəsində sən üzərində daha çox çalışır və özünü yaxşı tərəfdən göstərirsən.
- Dünən "Qəbələ" Antalyada dördüncü yoxlama matçını keçirdi və Rumıniyanın "Petrolul" klubunu 2:0 hesabı ilə məğlub etdi. Bu oyunda oynamasan da, matçı stadiondan canlı izlədin. Bu görüşlə bağlı nə deyərdin?
- Yaxşı oyun alındı. Əsas komandanın qələbə qazanması idi ki, bunu da bacardıq. Oyun göstərdi ki, "Qəbələ" rəqibindən daha üstün idi.
- Oyun zamanı "Qəbələ"nin növbəti rəqibi olacaq Rumıniyanın "Stayua" klubunun futbolçuları ilə görüşdün...
- Bəli. Onlar mənim sabiq komanda yoldaşlarım idi. Uzun müddətdir ki, görüşmüşdük. Fürsət düşdü, mən də bunu maksimum dəyərləndirdim.
- Matçdan sonra Rumıniya mətbuatı səninlə xüsusilə maraqlanırdı. Hətta oyundan sonra səndən müsahibə də götürdülər...
- "Stayua" Rumıniyanın ən yaxşı komandasıdır. Bu komandada oynayan futbolçuları Rumıniyada hər kəs tanıyır. Uzun müddət idi ki, məni görmürdülər. Fürsət düşdü, gəldilər danışdılar.
- Yeri gəlmişkən, növbəti oyununuz məhz "Styaua"ya qarşı olacaq. Bu oyun haqda nə düşünürsən?
- Çox maraqlı oyun olacağını düşünürəm. "Styaua" tanınmış komandadır. "Qəbələ"nin də gücünə bələdəm. Güclü komandalar arasında hər zaman yaxşı oyun alınır. Oyunla bağlı hansısa proqnoz verə bilmərəm. Ümid edirəm ki, bu oyunda da qələbə qazanacağıq.
- "Qəbələ"nin bu mövsüm üçün Premyer Liqadakı şanslarını necə dəyərləndirərdin?
- Mənim əsas fikrim, yeganə istəyim "Qəbələ"nin çempion olmasıdır. Bunun üçün də əlimdən gələni edəcəyəm.
- Səncə, "Qəbələ"nin bu mövsüm mükafatçılar sırasına düşməsinə nə mane ola bilər?
- Təbii ki, bütün komandalar bizə qarşı oynayacaqlar. Bizim də minimum vəzifəmiz avrokuboklara vəsiqə qazanmaqdır. Düşünürəm ki, bunu gerçəkləşdirməyə ancaq özümüz mane ola bilərik. Yeganə çıxış yolumuz isə bütün komandalara qalib gəlməklə avrokuboklara vəsiqə qazanmaqdır.
- Premyer Liqada əsas rəqib kimi hansı komandanı görürsən?
- "Neftçi"nin Avroliqada oynadığını eşitmişəm. Bu isə "Neftçi"nin gücündən xəbər verir. Elə buna görə də "Qəbələ"yə əsas rəqib kimi "Neftçi"nin adını çəkə bilərəm. Ancaq digər komandaları da hesabdan silmək olmaz.
Vüsal HÜSEYN
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır