"Qəbələ" klubunun sabiq baş məşqçisi Fatih Kavlak Qol.Az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi
- Azərbaycandan ayrıldıqdan sonra hazırda nə işlə məşğul olursuz?
- Ölkənizdən 3 aydır qayıtmışam. Hazırda Ankarada yaşayıram. 3 il yarımdır ki, Azərbaycanda idim. Yenidən Türkiyəyə uyğunlaşdım. Bu müddəti ailəmlə birgə keçirmişəm. Hər şey yolundadı. 10-15 gündü ki, Antalyadayam. Avropadan bura gələn komandaların məşqlərini izləməklə özümü yenidən futbola qaytarmağa, psixoloji cəhətdən köklənməyə çalışıram.
- Hərdən ölkəmiz üçün darıxırsınız?
- Sevdiyim insanlarla uzun müddətdi görüşmürəm. Ancaq internet və telekanallar vasitəsilə çempionatınızın oyunlarını izləyirəm. Oradakı vəziyyətdən xəbərim var.
- Yaxın gələcək üçün Türkiyədə hansısa klubu çalışdırmaq ehtimalınız varmı?
- Bir-iki variant olsa da, sonda alınmadı. Bu futboldu. Sabah baxarsız ki, bir komandada işə başlamısız və ya uzun illər işsiz qala bilərsiz.
- Yardımçınız İbrahim Bakır da işsizdi?
- O hazırda Oğuz Çətinlə birgə birinci dəstədə mübarizə aparan “Boluspor”da çalışır.
- Artıq istefanızdan xeyli vaxt keçib. Bəlkə indi deyəsiz, niyə “Qəbələ”də işləriniz yolunda getmədi?
- Açığı, bunu düşünmək üçün xeyli vaxtım oldu. Özümdə təhlil apardım. Ancaq bu səbəbi açıqlamaq doğru olmaz. Yetərli təcrübə qazandığımı düşünürəm. Bu işlər belə olur. Komandanı çalışdırarkən gördüyün işin doğru olduğunu düşünürsən. Kənara çıxıb təhlil aparanda nəyin səhv, nəyin doğru olduğunu anlayırsan. Yenə deyirəm, bunu mətbuata açıqlamağı düşünmürəm.
- Ölkəmizdə çox şeyi gördünüz. Yenidən hər hansı klubumuzdan təklif gəlsə, necə qarşılayarsız?
- Çox yaxşı. Çünki Azərbaycanı çox sevirəm. Dediyim kimi, ölkənizdə 3,5 il çalışmışam. Orada məmnun olmasaydım, bu qədər müddət işləməzdim. Həm köməkçi, həm baş məşqçi oldum. Böyük təcrübə qazandım. Təkcə ölkənizi yox, futbolunuzu da sevirəm və tanıyıram. Başqa ölkəyə gedib oraya uyğunlaşmaq çətin ola bilər. Ancaq Azərbaycanda belə problem yaşamaram.
- “Qəbələ” heyətinə görə, Premyer Liqanın ən güclü komandalarından olsa da, qış fasiləsinə 5-ci pillədə yollanıb. Sabiq klubunuzun çıxışını necə dəyərləndirirsiz?
- Öncə komandaya uğurlar arzulayıram. “Qəbələ” haqda sadəcə bir şərh verə bilərəm. Məncə, çox yaxşı komandadı. Demək olar ki, bu heyəti mən qurmuşam. Çox səviyyəli oyunçular var. Çempionluğa iddialıdı və qurulan heyət də bu hədəf üçündür. Sabiq komandamla bağlı bundan artıq bir şey deyə bilmərəm.
- “Qəbələ”nin U-17 komandasının oyununu izləməyiniz bu kluba hələ də bağlı olduğunuzu göstərir. Ola bilərmi ki, yaxın gələcəkdə bu klubda hər hansı başqa vəzifədə çalışasınız?
- Bu futboldu. Hazırda işsiz məşqçiyəm. İstənilən klubla əməkdaşlıq mümkündü. Onsuz da “Qəbələ” rəhbərliyilə yaxşı münasibətlərimiz var. Oradan problemli ayrılmamışam.
- Burada olduğunuz müddətdə “Qəbələ”nin əsas komandasının sınaq oyunlarına baxmağı düşünürsüz?
- Təəssüf ki, bu mümkün deyil. Çünki sabahdan geri qayıdıram. Antalyada olduğum müddətdə 2-3 futbolçunu izlədim.
- Belə çıxır ki, menecerlik fəaliyyətinə başlamısız.
- Yox. Sadəcə özüm üçün izləmişəm. Burada indi xeyli klub var. Gün ərzində Antalyada çoxlu məşq və oyun izləmək imkanı var. Bundan maksimum yararlanmağa çalışıram. Təcrübə baxımından bu, vacibdi. Oyunçuları da o cümlədən. Bir il sonra hansısa klubda fəaliyyətə başlayıb heyəti müəyyənləşdirəndə çətinlik çəkirsən. Çıxışını canlı izləməyib oyunçu alanda mətbuat çalışdırıcını qınayır. Mövsümün gedişində də gedib həmin futbolçunu yerindəcə izləmək vaxt alır. Çünki vacib görüşlər ərəfəsində bu mümkün olmur. Ancaq indi işsiz olduğumdan oyunçuları rahat izləmək fürsətindən yararlanıram.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı