Branimir Subaşiç: "Qarabağ"a çempionluq üçün gəlmişəm"

Branimir Subaşiç: "Qarabağ"a çempionluq üçün gəlmişəm"
ÖLKƏ FUTBOLU 22 Yanvar 2013 / 11:30 4225
-  A +

Antalyada təlim məşq toplanışında olan "Qarabağ" daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq Elvin Musazadə, Kristian Torresi sıralarına qatan Ağdam təmsilçisi "Xəzər Lənkəran"ın sabiq hücumçusu Branimir Subaşiçin keçidini  həll edib.

Azərbaycana gəlmiş ən güclü qoleadorlardan sayılan Subaşiç artıq "Qarabağ"ın uğurları üçün  çalışacaq.  Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu artıq "Qarabağ"ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb.  Subaşiç klubun saytına  keçid və hədəfləri haqqında danışıb:
 
"Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. "Qarabağ"ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. `Qarabağ`ın sistemi, məqsədi hər şeyi bəllidir. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik."

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir