“Qəbələ” futbol klubunun Türkiyənin məşhur tibb mərkəzlərindən olan “Acıbadem Hospitals Group” ilə əməkdaşlığı davam edir.
Qol.Az-ın İstanbula ezam olunmuş müxbirinin məlumatına görə, “Qəbələ” klubunun zədəli futbolçularının müalicə, müayinə və bərpasını təmin edən “Acıbadem” tibbi mərkəzi 1991-ci ildə yaradılıb.
1991-ci ildə yaradılan “Acıbadem” Türkiyə ilə yanaşı, beynəlxalq arenada da yüksək standartlara uyğun tibbi xidmətlər verməkdədir. Bu müddət ərzində xəstəxana və tibb mərkəzlərindən ibarət səhiyyə şəbəkəsini böyüdən “Acıbadem” bu gün 16 tam təchizatlı xəstəxana və 8 polikilinika ilə xidmət göstərir.
Mərkəzin ilk əməkdaşlığı Azərbaycanın “Bakı” klubu ilə baş tutub. 2009-cu ildə “Bakı” klubunun rəsmisi Tunc Avşarın vasitəçiliyi ilə əməkdaşlığa start verən “Acıbadem” bu əlaqəni bir qədər də genişləndirib.
2011-ci ildən “Qəbələ” ilə tərəfdaşlıq müqaviləsi imzalayan “Acıbadem Hospitals Group” tibb mərkəzi 6 ay öncə FİFA lisenziyası alıb. Dünyada FİFA lisenziyalı 26 mərkəzdən biri olan “Acıbadem”də dünyanın bir sıra məşhur idmançıları müalicə olub.
Bu barədə danışan “Acıbadem” İdman şöbəsinin rəhbəri Çağrı İlk yaxın gələcəkdə Azərbaycanda da belə bir tibb mərkəzi açmağı planlaşdırdıqlarını bildirib: "Azərbaycanın “Bakı” və “Qəbələ” klublarının futbolçuları ilə yanaşı, ölkəmizin bir sıra idmançıları da “Acıbadem”də əməliyyat olunub və müalicə alıblar. Belə ki, “Bakı”dan Elvin Əliyev, Aqil Məmmədov, Uinston Parks, Maris Verpakovskis, Fabio Luis Ramim, “Qəbələ”dən isə Dodo, Yannik Kamanan, Lourival Assist, Deyan Kelhar, Vurğun Hüseynov və Rövşən Əmiraslanov da “Acıbadem” tibb mərkəzində olublar. Azərbaycanın digər idmançılarına gəldikdə voleybolçu Polina Rəhimova (“Azərreyl”), güləşçilərimizdən dünya və Avropa birincisi Həsən Əliyev və olimpiya çempionu Rövşən Bayramov da “Acıbadem” xəstəxanasında müalicə alıblar. Bunları nəzərə alaraq yaxın gələcəkdə Azərbaycanda da “Acıbadem” tibb mərkəzini yaratmağı planlaşdırırıq".
Daha sonra danışan Türkiyə Futbol Federasiyasının (TFF) tibbi personalının rəhbəri Ömər Taşer "Acıbadem"də azərbaycanlı idmançılara yüksək səviyyədə xidmıt göstərildiyini bildirib: "Azərbaycanlı idmançılar əsasən diz zədələri ilə əlaqədar “Acıbadem” tibb mərkəzinə müraciət edirlər. Üstəlik azərbaycanlı futbolçuların tibb mərkəzinə gec müraciət etmələri də onların bərpa prosesini uzadır. Əgər həmin futbolçular vaxtında “Acıbadem”ə müraciət etsələr, onların yaşıl meydanlara qayıtması tezləşə bilər. Bununla belə, burada azərbaycanlı idmançılara yüksək xidmət göstərilir.
Azərbaycan millisinin üzvü Ufuq Budaq ötən ilin iyul ayında bizə müraciət etdi. Diz bağlarından əməliyyat olunacaq futbolçuya minskı tikməyi məsləhət gördük. Lakin futbolçu bundan imtina edərək Almaniyaya üz tutdu. Çünki belədə futbolçunun yaşıl meydanlara qayıtması uzun çəkəcəkdi. Biz futbolçunun diz bağlarındakı minskı kəsə də bilərik. Ancaq belədə futbolçunun karyerası erkən baça çatacaqdı. Ona görə də biz minskı tikməyi təklif etdik. Bununla razılaşmayan Ufuq isə Almaniyaya yollandı. Onun sonrakı taleyindən xəbərim olmadı. Əgər diz bağlarındakı minskı kəsdirərək yaşıl meydanlara qayıdıbsa, o, karyerasını erkən bitirə bilər”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu