AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FIFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə beynəlxalq futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib. Bildirib ki, prezident İlham Əliyevin dəstəyi ilə ötən il ölkəmizdə 17 yaşadək qadınlararası Dünya Çempionatı lazımi səviyyədə təşkil olunub. Bununla yanaşı son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlər görülüb. AFFA tərəfindən beynəlxalq standartlara cavab verən 8 KM stadionu və Bayıl stadionu istifadəyə verilib və ölkəmizin müxtəlif ərazilərində yeni stadionlar inşa olunur.
Bakı şəhərində tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FIFA prezidentinə ətraflı məlumat verilib. Qeyd olunub ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
Regionda ilk dəfə olaraq ötən il ölkəmizdə keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkilinə dəstək verdiyinə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirən FIFA prezidenti Yozef Blatter AFFA rəhbərliyinin bu sahədə fəaliyyətindən razı qaldığını söyləyi. Bildirib ki FIFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləyib: "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təntənəli açılış mərasimində iştirak etdikdən və dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bir daha təsdiqlədim ki, ölkənizdə insan sağlamlığının ilkin mənbələrindən olan idmanın tərəqqisinə böyük diqqət yetirilir. Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə, FIFA-nın 17 yaşadək qadınlararası Dünya Çempionatının ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk".
Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan məlumatlar əyani olaraq FIFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirildi. Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier, FIFA-nın üzv assosiasiyalar və inkişaf üzrə direktoru Thierry Regenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu