Azərbaycanın Premyer Liqa təmsilçiləri ilə yanaşı hazırda Türkiyənin Antalya vilayətində “Qəbələ” Futbol Akademiyasının U-17 komandası da hazırlıq prosesi keçir.
Yanvarın 13-dən 23-dək davam edəcək təlim-məşq toplanışı zamanı “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası nəzərdə tutulan üç yoxlama oyunundan birində artıq meydana çıxıb. Yanvarın 17-də “Antalyaspor” U-17-nə qarşı görüş 5:2 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.
“Qəbələ” Futbol Akademiyasının baş məşqçisİ Halim Fıçıcı Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbiri ilə söhbətində qarşılaşma haqda danışarkən, uduzmaqlarına baxmayaraq, komandasının oyununda razı qaldığını söyləyib.
Hazırlıq prosesinin gedişatı haqda məlumat verən türkiyəli mütəxəssis deyir ki, artıq üç ildir komandaları Antalyada təlim-məşq toplanışı keçir: “Akademiyamızın ən istedadlı uşaqlarını xarıcdəki hazırlığa cəlb edirik. Burdakı toplanışların faydası daha böyük olur. “Qəbələ”nin U-17 komandasının yeddi futbolçusu sonradan U-17 millisinin hazırlığına qatılacaq”.
Halim Fıçıcı qeyd edir ki, hazırsa Azərbaycanda uşaq futboluna xüsusi önəm verən iki komanda var - “Qəbələ” və “Bakı”: “Biz Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni edirik. Mən əminəm ki, bunun müsbət nəticəsini 3-4 ildən sonra görəcəyik”.
Akademiyalarında istedadlı futbolçuların yetişdiyini deyən H.Fiçıcı hazırda 10-15 futbolçularının “Qəbələ”nin A komandasında oynamaq səviyyəsində olduğunu bildirib: “Lakin onları akademiyadan cəlb edib oynatmaq hələ tezdir. Sadəcə, onlar bir müddət A komandada olub oranın mühitinə öyrəşə bilərlər”.
“Biz hazırda uzun bir yolun başlanğıcındayıq. Biz 2009-cu ildən faəliyyət göstəririk. Xaricdən futbolçu gətirmək istəmirik. Azərbaycanlı uşaqları yetişdirmək niyyətindəyik” – deyə H.Fıçıcı qeyd edib.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı