Fariz Məmmədov "Qəbələ"də

Fariz Məmmədov "Qəbələ"də
ÖLKƏ FUTBOLU 17 Yanvar 2013 / 19:29 2979
-  A +

Azərbaycanın məşhur peşəkar boksçusu Fariz Məmmədov bundan sonra faəliyyətini yeni yaradılan "Qəbələ" İdman Klubunda davam etdirəcək.

Qol.Az saytının məlumatına görə, F.Məmmədov klubun nəzdindəki boks bölməsinin rəhbəri təyin olunub. F.Məmmədovun rəhbərliyi altında "Qəbəlı"nin üç boksçusu bu günlərdə Azərbaycan çempionatında iştirak edib. Debüt yarışında klubun bir təmsilçisi çempionatda üçüncü olub.

Klubda təyinat almasına baxmayaraq, F.Məmmədov idmançı karyerasını davam etdirəcək. Onun bu ilin mart ayında növbəti döyüşü gözlənilir.

 

Daha çox


Son xəbərlər