Türkiyə-Azərbaycan matçı haqqında Türkiyə mətbuatı da, öz fikirlərini ortaya qoymaqdadır. Qol.Az-ın məlumatına görə, nüfuzlu “Sabah” qəzeti millimizlə oyunun türkiyəli futbolçular üçün yaxşı məşq olduğunu qeyd edib: “Ağır mövsümdən sonra keçirilən yoldaşlıq görüşünü geniş şərh etməyə ehtiyac yoxdur. Fatih Terim qalib ruhlu komandanı ayaqda tutmağa nail oldu. Qardaş Azərbaycanla oyun futbolçularımız üçün yaxşı məşq oldu. Əsl yerini meydanda hər hali ilə bəlli edən Kökan, sahədə favorit olmaq həsrəti ilə alışıb yanan Tuncay, start heyətinə həsrət qalan Kazım, özünəinamı vurduğu qolla qaytaran İbrahim Üzülməzi xüsusi vurğulamaq yerinə düşərdi. Volkan üçün isə dünənki gecə ümumiyyətlə iş olmadı. Onun komanda yoldaşları isə, bütünlüklə müdafiəyə qapanan Azərbaycan qarşısında zəngin epizodlara malik oldular. Nihat-Semih ikilisinə Tuncay və Kazım başarılı dəstək verincə, qol epizodları sayını-hesabını itirdi. Amma son nöqtə qoyulmadı. Ölkə qapılarını hər zaman üzümüzə qardaşcasına açan Azərbaycan bu dəfə dirəndi. Amma 70-ci dəqiqədə onların dirəkləri tamam yıxıldı”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi