“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçəcək Azərbaycan milli komandasına dəvət alıb.
Hazırda Ağdam klubu ilə birgə Antalyada hazırlıq prosesində olan 20 yaşlı futbolçu Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə bildirib ki, baş məşqçi Berti Foqtsun bu qərarından sevinc hissi keçirir: “2013-cü il mənim üçün uğurlu başladı. İlk dəfə olaraq, əsas milli komandayla birgə hazırlıqda olacağam. Baş məşqçi Berti Foqtsa buna görə təşəkkür edirəm Onun etimadını doğrultmağa çalışacağam”.
Qara Qarayev öz mövqeyində millidə rəqabətə hazır olduğunu söyləyib. “Mən rəqabəti sevən adamam. Mövqeyimdə çıxış edən futbolçularla rəqabət mənə üçün əlavə stimul verəcək”.
Q.Qarayev qeyd edib ki, buna qədərki hədəfi milliyə dəvət almaq olub, bundan sonrakı vəzifəsi isə orada daimi qalmaqdır: “Çalışacağam ki, millidə qalıb rəsmi oyunlarda komandamıza kömək edim”.
Haalanddan yeni rekord
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi