Arif Əsədovun təəssüfü

Arif Əsədovun təəssüfü
ÖLKƏ FUTBOLU 9 Yanvar 2013 / 18:00 2583
-  A +

"Qrupdakı vəziyyətimiz yalnız qələbə qazanmaq zərurəti yaratmışdı. Buna görə meydanın rəqibə aid olan hissəsində daha çox hərəkət etməyə çalışırdıq. Bu, bizə müyəssər oldu. Lakin Ukrayna yığması standart vəziyyətdən maksimum yararlanıb hesabı açdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov Ukrayna yığması ilə oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
 
A.Əsədov nəticəyə görə təəssüfləndiyini bildirib: "Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Lakin qapımızdan ikinci topu buraxdıq. Nəticəyə görə təəssüflənirəm. Ukrayna yığmasına isə qarşıdakı oyunlarda da qələbə arzu edirəm".

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir