“Qəbələ”nin baş meneceri: “Raufa görə “Qarabağ”la danışığımız olub”

“Qəbələ”nin baş meneceri: “Raufa görə “Qarabağ”la danışığımız olub”
ÖLKƏ FUTBOLU 8 Yanvar 2013 / 17:44 2944
-  A +

“Qəbələ” klubu “Qarabağ”la ayrılmaq üzrə olan Rauf Əliyevlə bağlı Ağdam klubu danışıq aparıb.

Bu haqda Qol.Az-a “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi qeyd edib ki, Yeni il ərəfəsində bununla əlaqədar “Qarabağ”la şifahi danışıqları olub.

“Biz Raufla bağlı klubun şərtlərini öyrənmək istədik. Amma konkret cavab almadıq. Danışıqlar yalnız “Qarabağ”ın özü ilə olub, Raufla müzakirə aparmamışıq” – deyə Z.Əzizov bildirib.

Onun sözlərinə görə, əgər R.Əliyev “Qarabağ”la birgə təlim-məşq toplanışına getmirsə, o halda “Qəbələ” birbaşa futbolçuyla da danışıq apara bilər.

Daha çox


Son xəbərlər