“Neftçi”nin gənc müdafiəçisi Elvin Yunuszadə Türkiyə superliqası və Səudiyyə Ərəbistanında çıxış edən, millimizin sabiq baş məşqçisi Coko Hacıyevskinin çalışdırdığı “Əl-Taavon” klubundan təklif alıb.
Bu haqda Qol.Az saytına futbolçu özü məlumat verib. O qeyd edib ki, yanvarın 10-na qədər “Neftçi”ni tərk edə bilər: “Bu müddətə qədər yekun qərarımı verməliyəm. Ərəb klubunu seçsəm, bunu yalnız Hacıyevskiyə görə edəcəyəm. Çünki çox yaxşı məşqçidir. Onunla işləmək istərdim”.
E.Yunuszadə təklif aldığı Türkiyə klubunun adını açıqlamasa da, bu komandanın superliqanın ortabab klublarından olduğunu söyləyib: “Mən Türkiyədə yalnız superliqada oynayaram. Orada birinci liqada oynamaq haqda düşünmürəm”.
E.Yunuszadənin sözlərinə görə, Türkiyə klubunu seçsə, ora baxışa yox, birbaşa müqavilə bağlamaq üçün gedəcək: “Baxışa getməyin mənasi yoxdur. Türklər həm Azərbaycan çempionatı, həm də Avroliqadakı oyunumu görüblər”.
“Neftçi” ilə hələ müqaviləsi olduğunu deyən gənc müdafiəçi bildirib ki, klub rəhbərliyi onun əcnəbi komandaya transferinə etiraz etməyəcək: “Çünki klubumuzun rəhbərliyi təkcə mənim yox, bütün yerli futbolçularımızın ölkədə kənarda oynamasında maraqlıdır. Onlar bizə hər zaman dəstək veriblər”.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?