Azərbaycanın adı daha 1.5 il “Atletiko”nun formasında olacaq

Azərbaycanın adı daha 1.5 il “Atletiko”nun formasında olacaq
LAND OF FİRE AZERBAİJAN 3 Yanvar 2013 / 12:17 3119
-  A +

“Atletiko” 2014-cü ilin iyun ayına Azərbaycanın turizm reklamını edəcək.

Qol.Az-ın xəbərinə görə, bu haqda İspaniyanın ən böyük idman qəzeti olan “Marca” məlumat yayıb.

Məlumatda bildirilir ki,  Madrid klubu bundan sonra da keçirəcəyi oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Qəzet müqavilənin dəyərinin 12 milyon avro olduğunu yazıb.

Xatırladaq ki, bu reklam layihəsi “Atletiko” ilə “Bakı” klubları arasında bir neçə ay əvvəl imzalanmış strateji əməkdaşlıq çərçivəsində baş tutacaq.

Daha çox


Son xəbərlər