Peşəkar Futbol Liqası cari Azərbaycan Premyer Liqasının oyunlarına gələn azarkeşlərlə bağlı statistik göstəriciləri açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma – “Simurq” – “Rəvan” matçının nəticəsi ləğv olunub. Bir sözlə, mövsümün ilk bölümü 105 matçla tamamlanıb.
Bu müddətdə baş tutan 105 görüşdə 214 min 470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər oyunda 2043 seyrçinin olması anlamına gəlir.
Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.
Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. 17-ci turun “Xəzər Lənkəran”la “Neftçi” (14.12.2012) arasında qarşılaşmanı 9500 nəfər izləyib.
Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. 9-cu turun “Qarabağ” – “Bakı” (20.10.2012) və 18-ci turun “Sumqayıt” – “Kəpəz” (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.
Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə “Xəzər Lənkəran” ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.
“Xəzər Lənkəran” 8 (ev oyunu) 43 min 700 (azarkeş) 5463 (orta hesabla)
“Kəpəz” 8 30500 3813
Sumqayıt 10 32550 3255
Turan (Tovuz) 9 28400 3156
Simurq (Zaqatala) 8 18900 2363
Neftçi (Bakı) 10 15250 1525
AZAL (Bakı) 7 8900 1271
Qəbələ 9 10880 1209
Bakı 8 7880 985
İnter (Bakı) 10 7850 785
Rəvan (Bakı) 9 6010 668
Qarabağ (Ağdam) 9 3650 406
Komandaların səfər oyunlarına gəlincə isə “Qarabağ” ilk pillədə yer alıb. Bu komandanın rəqiblərinin azarkeşləri Ağdam təmsilçisinə marağı böyükdür.
Qarabağ (Ağdam) 9 34500 3833
Rəvan (Bakı) 8 25450 3181
Neftçi (Bakı) 7 19900 2843
Bakı 9 21200 2356
Xəzər Lənkəran 10 18500 1850
Qəbələ 9 16000 1778
Sumqayıt 8 13650 1706
Kəpəz (Gəncə) 10 16740 1674
Turan (Tovuz) 8 12930 1616
AZAL (Bakı) 10 16000 1600
İnter (Bakı) 8 9400 1175
Simurq (Zaqatala) 9 10200 1133
Premyer Liqanın 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena” ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.
Lənkəran 7 42700 6100
Gəncə 8 30500 3813
Sumqayıt 10 33700 3370
Tovuz 9 28400 3156
Zaqatala 8 18900 2363
8-ci km stadionu 5 7700 1540
Bakıxanov 5 7550 1510
AZAL Arena 8 10900 1363
Qəbələ 8 10380 1298
"Bakı"nın bazası 8 7880 985
Şəfa 8 5350 669
Bayıl Arena 9 5560 618
Böyük Əmili 1 500 500
Dalğa Arena 4 1950 488
Respublika 7 2500 357
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda