“Turan" klununun baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi
- Komandanız qış fasiləsinə turnir cədvəlində doqquzuncu yeri tutmaqla getdi. “Turan”ın hazırkı durumu barədə fikirləriniz necədir?
- “Turan” çempionatın startına uğurlu başlamamışdı. Bir çox oyunda xal itirmişdi. Lakin komandanın tam olaraq heyəti formalaşdıqdan sonra hər şey qaydasına düşdü. “Turan” bir çox güclü komandayla oyunda maksimum xal qazanmağı bacardı. Bundan sonra futbolçuların özünə inamı daha da artdı. Premyer Liqanın necə gərgin keçdiyini nəzərə alsaq, turnir cədvəlindəki mövqeyimiz pis deyil. Başlanğıcda komandaya pul mükafatı ayrılmırdı. Lakin sonradan bu sistem bərpa olundu. Bundan sonra “Turan” inamlı oyun sərgiləməyə başladı.
- Doqquzuncu yerdə olsanız da, ilk “altılığ”a düşmək şansınız hələ qalmaqdadır. Sizcə, bunu reallaşdıra biləcəksiniz?
- Komandadan 4-5 futbolçu ayrılacaq. Çalışmalıyıq ki, onların yerini komandaya yararlı ola biləcək futbolçularla dolduraq. Bizə hazırda gedən futbolçulardan da səviyyəli oyunçular lazımdır. Baxışa oyunçu çağırmaq istəmirik. Dəvət etdiyimiz futbolçularla birbaşa müqavilə imzalanacaq. Vaxt itirmək istəmirik. Transfer siyasətimizi düz qursaq, niyə də ilk “altılığ”a düşməyək? Nəzərə almaq lazımdır ki, turnir cədvəlində bizə yaxın olan rəqiblərimiz də bir-biriylə oynayacaqlar.
- Fərid Quliyevin“Turan”dan gedəcəyi dəqiqləşib?
- Futbolçularımızın hər birinin klubla mövsümün sonuna qədər müqaviləsi var. Sadəcə, biz onlara demişik ki, hansısa klubla danışıq aparırsınızsa, həmin komandaya keçmək istəyirsinizsə, rəhbərliyə mütləq deyilməlidir. Fərid Quliyev deyə bilər ki, mən başqa kluba keçirəm. Lakin onun hüquqları bizə məxsusdur. Biz bu futbolçunu göndərmək istəmirdik. Onun özü mətbuata açıqlama verib ki, iddiasız klubda oynamaq istəmirəm. Mən başa düşmürəm, məgər, “Turan” iddiasız klubdur? Turnir cədvəlinə baxanda görürük ki, ilk “altılığ”a düşmək şansımız qalır. İddialı klub daha necə olmalıdır?
- Digər bir hücumçunuz Salif Ballonun “Simurq”a keçmək məsələsi deyəsən alınmayıb
- Bəli. Son anda klub rəhbərləri razılığa gələ bilmədilər. Lakin hazırda “Qəbələ”ylə də danışıqlar aparılır.
- Qış fasiləsində komandanızdan kimləri göndərəcəksiniz?
- Nuqzar Kvirtiya, Aleksandr Krutskeviç, Marius Kazlauskasun gedəcəyi dəqiqləşib.
- Təlim-məşq toplanışınız nə vaxt və hansı ölkədə olacaq?
- Hazırlıq prosesini Antalya və ya Batumidə keçmək istəyirik. Təlim-məşqimiz yanvarın 14-dən başlanacaq.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?