AFFA "Simurq"un qapıçısı və "Rəvan"ın baş məşqçisini bağışladı

AFFA "Simurq"un qapıçısı və "Rəvan"ın baş məşqçisini bağışladı
ÖLKƏ FUTBOLU 28 Dekabr 2012 / 17:26 2018
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Simurq” və “Rəvan” klublarının müraciətlərinə baxılıb.
 
Müraciətlər müzakirə olunduqdan sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin  “Simurq”un qapıçısı David Pietrzkiyeviç barədə  qərarı qismən dəyişdirilsin. Qapıçı David Pietrzkiyeviç intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində David Pietrzkiyeviç analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

2. AFFA-nın İntizam Komitəsinin “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç (hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətməsi) barədə qərarı ləğv olunsun.
 

Daha çox


Son xəbərlər