Gökhan Güləç: "Xəzər Lənkəran"a çempion olmaq üçün gəlmişəm"

Gökhan Güləç: "Xəzər Lənkəran"a çempion olmaq üçün gəlmişəm"
ÖLKƏ FUTBOLU 27 Dekabr 2012 / 01:04 5678
-  A +

"Xəzər Lənkəran" klubunun yeni transferi Gökhan Güləç Lənkəran təmsilçisinə keçidi ilə bağlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatına danışan 27 yaşlı futbolçu "Xəzər Lənkəran"a çempion olmaq üçün gəldiyini bildirib:

"Azərbaycanın ən böyük klublarından birinə getdiyimi bilirəm. Lənkərana çempion olmaq üçün gəlmişəm. Düzdür, çətin olacaq. Ancaq bunu gerçəkləşdirəcəyimizə inanıram".

Qeyd edək ki, "Beşiktaş"ın sabiq futbolçusu ötən gün "Xəzər Lənkəran"la iki illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir