Böyükağa Hacıyev: "Bu, mənə qarşı təxribatdır"

Böyükağa Hacıyev: "Bu, mənə qarşı təxribatdır"
ÖLKƏ FUTBOLU 22 Dekabr 2012 / 19:32 4508
-  A +

"Hesab 4:1 olanda qapımızda penalti gördük. Bir daha deyirəm ki, Azərbaycanda "Neftçi"nin rəqibi elə "Neftçi"nin özüdür. "Neftçi" istənilən komandanı istənilən hesabla məğlub edə bilər".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev AZAL-la oyundan sonra (4:2) keçirilən mətbuat konfransında deyib.

B.Hacıyev matçın gedişində baş hakim Elçin Məmmədov tərəfindən tribunaya göndərilməsini özünə qarşı təxribat adlandırıb: "Tribunaya göndərilməyim mənə qarşı təxribatdir. Bu barədə PFL-ə müraciət edəcəyəm. Yeri gəlsə, futoldan uzaqlaşacağam. Vaqif Sadıqova gəldikdə onun komandasında müəyyən çatışmazlıqlar var. Ancaq Vaqif çox savadlı məşqçidir".

Daha çox


Son xəbərlər