"Rəvan"a yeni baş məşqçi təyin olundu

"Rəvan"a yeni baş məşqçi təyin olundu
ÖLKƏ FUTBOLU 21 Dekabr 2012 / 11:12 3799
-  A +

Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib.

Bu haqda klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, səbəb komandanın mövsümün ilk yarısındakı zəif nəticələri və Azərbaycan Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı legioner limitinin pozulmasıdır.
 
“Simurq”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib. Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. Bunlardan da 4-ü yerli futbolçu olmalıdır. Həmçinin bu 4 futbolçudan 1-in yaşı 21-dən yuxarı olmamalıdır.
 
Şirəliyevin sözlərinə görə, bu qaydaya əməl etməmək baş məşqçi üçün çox ciddi səhvdir: “Belə hərəkət baş məşqçiyə yaraşmaz. Baş məşqçi həm nəticəyə, həm də legioner limitinə əməl etməyə cavabdehdir. Arxada qalan 18 tur ərzində göstərdiyimiz nəticə isə ürəkaçan deyil. 12 komanda arasında 16 xalla 11-ci pillə bizim hədəflərimizə uyğun deyil. Ona görə də Alispahiçlə yollarımızı ayırmağa qərar verdik”.
 
 
Artıq “Rəvan”a yeni baş məşqçi də təyin olunub. Bu, Ramil Əliyevdir. Əliyevlə 1 illik müqavilə bağlanılıb. O, yeni təyinatadək köməkçi-məşqçi kimi çalışıb. 

lent.az

Daha çox


Son xəbərlər
01.06.24  10:46

Pulsuz mərc gəldi!