Karles Bakes: "Qarabağ" çox güclüdür"

Karles Bakes: "Qarabağ" çox güclüdür"
ÖLKƏ FUTBOLU 19 Dekabr 2012 / 19:25 3599
-  A +

“Son vaxtlar komandamızda ab-hava da yaxşıdır, oyunumuzda da artım hiss olunur. Çalışacağıq ki, “Qarabağ”la oyunda qələbələrimizin davamı gəlsin. Hazırlıqlar qaydasındadır. Sabahkı oyun bizim üçün çox vacibdir. Ona görə də məşqləri nizamlı şəkildə davam etdirik”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes sabah Premyer Liqanın 18-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barəsində danışarkən deyib.

O qeyd edib ki, komandada müəyyən itkilər olsa da, onları sabahkı oyuna qədər hazır etməyə çalışacaqlar. “Qarabağ”ın güclü komanda olduğunu deyən Bakes onların çempionatın son altı oyundada məğlub olmadığını xatırladıb: “Dörd dəfə qalib gəlib, iki dəfə heç-heçə ediblər”.

K.Bakes çempionluq yolunda onların əsas rəqiblərinin kim olması barədə danışmayıb: “İndi bu haqda nəsə söyləmək çətindir. Çünki komandalar qış fasiləsində heyətlərini daha da gücləndirəcəklər. Demək olar ki, qış fasiləsindən sonra biz tamam başqa çempionatın şahidi olacağıq”.

K.Bakes qeyd edib ki, qış fasiləsində “Xəzər Lənkəran”da yeni futbolçular lazımdır: “Məndən olsa, hər mövqeyə oyunçu alardım. Amma hazırda bu, imkan xaricindədir”. İspaniyalı mütəxəssis bildirib ki, “Qarabağ”la oyundan sonra komandadan kimlərin göndəriləcəyi müəyyənləşəcək.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir