Bu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub.
Zaqatalanın "Simurq" klubu öz meydanında "Xəzər Lənkəran"ı sınağa çəkib. "Simurq" bu görüşdə qələbə qazanmaqla çempionatın vahid liderinə çevrilə bilərdi. Lakin oyunda 2:0 hesabı ilə öndə olan "Simurq" son saniyələrdə qələbəni əldən verib - 2:2.
Son Azərbaycan çempionu "Neftçi" klubu doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edib. Bu mövsüm də çempionluğa oynayan Böyükağa Hacıyevin komandası matçın əsas favoriti hesab olunurdu. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan "ağ qaralar" xalını 24-ə yüksəldib.
Qeyd edək ki, XVI turun "Turan" - "Bakı" oyunu təxirə salınıb.
10 dekabr (bazar ertəsi)
Premyer Liqa, XVI tur
18:00. “Neftçi” – “Rəvan” - 2:0
Qollar: Mirhüseyn Seyidov, 43 (1:0), Nikolas Kanales, 63 (2:0)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu.
“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 25. Cavid İmamverdiyev
“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov
16:00. “Simurq” – “Xəzər Lənkəran” - 2:2
Qollar: Murad Səttarlı, 16 (1:0), Marçin Burxardt, 67 (2:0), Elnur Abdullayev, 72 (2:1), Dmitrios Sialmas, 90+4 (2:2)
Qırmızı vərəqə: Ruslan Abışov, 48 ("Xəzər Lənkəran")
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu.
“Simurq”: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov
14:00. “Turan” – “Bakı” (Təxirə salınıb)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Şahin Cəfərov
Tovuz şəhər stadionu
7 dekabr (cümə)
“Qarabağ” – “Kəpəz” - 3:1
Qollar: Riçard Almeyda, 6 (1:0), Vaqif Cavadov, 21 (2:0), Əfran İsmayılov, 89 (3:0), Yuri Fomenko, 90+2 (3:1)
Hakimlər: Rauf Cababrov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
T.Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, matçın 32-ci dəqiqəsində "Qarabağ"ın kapitanı Rəşad Sadıqov penalti zərbəsindən yararlana bilməyib. Onun vurduğu topu "Kəpəz"in qapıçısı İvan Radoş zərərsizləşdirib.
“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov
“Kəpəz”: 1. İvan Radoş, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov, 17. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili, 30. Yuri Fomenko, 88. Bujamin Asani
8 dekabr (şənbə)
“Sumqayıt” – “Qəbələ” - 0:1
Qol: Viktor Mendi, 39 (0:1)
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 61 ("Qəbələ")
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Bayıl Arena.
“Sumqayıt”: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə
“Qəbələ”: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 10. Luis Paulo Hilario, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev (k), 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 84. Dejan Kelhar
9 dekabr (bazar)
“İnter” – AZAL - 0:0
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
Sarı vərəqələr: Valeri Abramidze, 16 (qeyri-idman hərəkəti); Ruslan Əmircanov, 41 (əl ilə oyun); İbrahima Niasse, 48 (qeyri-idman hərəkəti) // Tagim Novruzov, 45 (əl ilə oyun); Oskars Klava, 78 (qeyri-idman hərəkəti); Orxan Həsənov, 90+4 (qeyri-idman hərəkəti)
“Şəfa” stadionu, 400 tamaşaçı
“İnter”: 1. Giorgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski (Samir Zərgərov, 86), 7. Ruslan Əmircanov, 15. Vladimir Levin (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 23. Tales Şutz (Asif Məmmədov, 86), 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (Daniel Genov, 72), 47. Abdulla Abatsiyev
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko (Cavid Tağıyev, 67), 3. Usim Nduka (k), 4. Jose Junior Ailton, 6. Tagim Novruzov, 11. Zohair Benouahi, 15. Oskars Klava, 16. Junior Nildo, 20. Branislav Arseniyeviç, 17. Viktor İqbekoyi, 22. Ruslan Tağızadə (Orxan Həsənov, 83)
Turnir cədvəli
Bombardirlər:
1. Nikolas Kanales (Neftçi) - 13 qol
2. Franko Nildo (AZAL) - 8 qol
3. Salif Ballo ("Turan") - 7 qol
4. Zohair Benouahi (AZAL) - 6 qol
5. Riçard Almeyda (Qarabağ) - 6 qol
6. Juan Manuel Varea (Rəvan) - 5 qol
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr