Bu gün Bakı vaxtı ilə 16.00-da Visente Kalderon stadionunun VİP zalında “Atletiko” (Madrid) və Azərbaycan tərəfi arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçiriləcək.
Qol.Az-ın xəbərinə görə, bu haqda “Bakı” klubunun rəsmi saytı məlumat yayıb.
Bu tədbir “Atletiko” klubunun baş direktoru Migel Angel Xil Marinin Bakıya ziyarəti zamanı əldə olunmuş geniş əməkdaşlıq planının tərkib hissəsidir. Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizi ziyarət edən Xil Marin səfər günlərində beynəlxalq əlaqələr, uşaq və yeniyetmə futbolunun inkişafı, “Atletiko” brendinin Azərbaycanda təmsil olunması, “Bakı”nın İspaniyada tanınması və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb və bunun nəticəsi kimi “Bakı” ilə “Atletiko” klubları arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.
Ötən ay Bakıda əldə olunmuş razılığa əsasən, 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu “Atletiko”nun futbol akademiyasında təlim ala biləcəklər. Bu məqsədlə gələn ilin əvvəllərində “Bakı” futbol klubu və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq. Baxış xarakterli bu yarışlara 10-15 yaş arası futbolçular qatılacaq. Təcrübəli seleksionerlər tərəfindən seçilən uşaqlar Madridə yollanacaq, uzunmüddətli proqramlar əsasında təlim və təhsil alacaq, İspaniyanın müvafiq yaş qrupları üzrə uşaq liqalarında oynamaq imkanı əldə edəcəklər. Bu layihənin bütün məsrəfləri “Bakı” futbol klubu tərəfindən ödəniləcək.
Məlumatda qeyd olunub ki, bugünkü tədbirdə Azərbaycan vətəndaşının fəxr və qürur mənbəyinə çevriləcək bir addım atılır: “Bu gün “Atletiko” Madrid derbisinə yenilənmiş forma ilə çıxacaq.
Atletikolu futbolçular rəngarəng logotip və üzərində “Odlar yurdu Azərbaycan” (“Land of fire Azerbaijan”) yazılan formaları bu gün “Real”la baş tutacaq derbi oyununda geyəcəklər.
“Atletiko” Madrid və ”Bakı” futbol klubu arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasiminə “Atletiko”nun prezidenti Enrike Sereso Torres və Azərbaycanın İspaniyadakı səfiri cənab Altay Əfəndiyev də qatılacaqlar”.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı