AFFA-nın Apellyasiya və Ekspert Komitəsininiclası keçirilib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda “Qəbələ” və “Kəpəz” klublarının müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin “Qəbələ”nin futbolçusu Rəşad Abdullayev barədə çıxardığı qərar qismən dəyişdirilib. Futbolçu Rəşad Abdullayev intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Rəşad Abdullayev analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
AFFA-nın İntizam Komitəsinin “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov barədə çıxardığı beş oyunluq qərar da qismən dəyişdirilib. Məşqçi Mahmud Qurbanov intizam tədbiri olaraq iki oyunluq kənarlaşdırılıb, digər üç oyunluq cəzadan isə altı aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. Altı aylıq sınaq müddəti ərzində Mahmud Qurbanov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər