Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qazprom”un rəhbəri Aleksey Millerin MDB-nin vahid çempionatının keçirilməsi təklifinə qarşı çıxıb.
Qol.Az-ın məlumatına görə, Rusiyanın “Sport den za dnem” qəzetinə müsahibəsində o bildirib ki, onlar bu təklifi müzakirə etməyiblər.
“Biz MDB çempionatının yaradılmasına qarşıyıq və rus klubları ilə bir yerdə oynamarıq. İnciməyin, amma mən düzünü deyəcəyəm. Rusiya çempionatında baş verən çox şey bizim xoşumuza gəlmir. Düzdür, sizin yaxşı oyunçularınız, maraqlı komandalarınız var. Onlar azərbaycanlı azarkeşləri cəlb edir. Etiraf edirəm ki, bizim ölkədə Rusiya futboluna biganə olan ailələr yoxdur. Məsələn, Andrey Arşavin “Arsenal”ın formasında meydana çıxanda onu əcnəbi oyunçu saymırıq”.
R.Musayev 2004-cü ildə “Neftçi” ilə MOİK arasında Çempionlar Liqasında ilkin təsnifat mərhələsindəki oyunları yada salaraq bildirib ki, onda Bakıdakı matça düşmək istəyənlər stadionun tutumundan çox idi: “Biz UEFA ilə razılaşmalı olduq ki, insanlara pilləkənlərdə oturmağa icazə verilsin. Ancaq sizdə hakimlikdə nələr baş verir! Qalmaqal qalmaqal dalıncadır. Azərbaycan Premyer Liqası Rusiya çempionatından təmizdir. Elə olur ki, bütün oyunlarda nəticə əvvəlcədən bilinir. Və ya oyun bir komanda lazım olan nəticəni əldə etməyənə kimi davam edir. Bizdə belə yoxdur və olmayacaq”.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər