AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Premyer Liqanın 14-cü turunun «Bakı» - «Neftçi» və «Rəvan» - «Qəbələ» oyunu ilə bağlı meydan sahibi komandaların narazılıqlarına münasibət bildirib.
Qeyd edək ki, «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov mediaya açıqlamasında görüşün baş hakimi Elçin Məmmədovun komandalarını uduzdurmaq üçün sifariş aldığını deyib. «Rəvan»ın baş məşqçisi Kemal Alispahiç isə qeyd edib ki, hakimin bütün vacib qərarları «Qəbələ»nin xeyrinə olub.
Xaqani Məmmədov Qol.Az saytının müxbiri ilə söhbətində həmin ittihamları qəbul etməyib: «Alispahiç əvvəlcə komandasının oyununa cavabdeh olsun, sonra hakim haqda fikir yürütsün. Onun söylədiklərinin heç biri doğru deyil. İstər «Qəbələ»nin vurduğu qol, istərsə də «Rəvan»ın qapısına təyin edilən penalti qaydalar çərçivəsində olub. Biz hakimin qərarlarının doğruluğuna şübhə etmirik».
Zeynal Məmmədovun ittihamlarına gəlincə, Xaqani Məmmədov bildirib ki, o, hakimə kiminsə tərəfindən sifariş verildiyinə inanmır: «Mən «Bakı» - «Neftçi» matçının yalnız birinci hissəsinə baxmışam. Çünki həmin oyundan sonra keçirilən «Rəvan» - «Qəbələ» görüşündə hakim-inspektor idim. Birinci hissədə heç bir problem olmayıb. İkinci hissəyə gəlincə, orada baş verənləri hələ görməmişəm. Görüşün videoyazısını izləyib fikrimi qəti söyləyəcəyəm. Biz bununla bağlı araşdırma aparacağıq. Hakimin səhvi varsa, lazımi ölçü götürüləcək».
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək