"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan "Partizan"la oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Rubin"lə cavab matçından sonra Cavid İmamverdiyevin yoxluğuna təəssüflənmişdiniz. Bu gün Cavid də oynadı. Ancaq heç nə ilə yadda qalmadı. Cavidlə yanaşı, Ramosla Mahirin olmaması bugünkü oyuna nece təsir göstərdi?
- Cavid birinci hissədə pis təsir bağışlamadı. Amma o zədədən əziyyət çəkir. Cavid var gücü ilə oynaya bilmirsə, heç kim onu qınamalı deyil. Mahirlə Ramosa gəlincə, düşünürəm ki, Emin Mehdiyev və Tərlan Quliyev adı çəkilən oyunların mövqeyində pis oynamadılar. Birinci hissədə ələ düşən imkanlardan maksimum yararlansaydıq, nəticə başqa cür olardı. Vurmayana vurarlar prinsipi işə düşdü. Çalışacağıq ki, səhvləri düzəldək. Bundan sonra da məqsədimiz çempionluqdur.
- Elə bil İtaliya "İnter"i ilə oyunöncəsi nikbinliyiniz qalmayıb?
- Bir şeyi unutmayın ki, mən hər zaman nikbinəm. Baxın görün Azərbaycanın hansı komandası gəlib qrup mərhələsinə düşüb və ilk xalı qazanıb? Bizim üçün Avroliqa bir təcrübə idi. Heç kəs deyə bilməz ki, mən gələn il də burada olacağam və eyni şeyi edəcəyəm. Çox istəyirdim ki, bu gün qalib gələk. İstəyirsinizsə, şaqqa çəkim gülüm. Amma yorğunam.
- Sizə elə gəlmədi ki, "Neftçi" millimizin Şimali İrlandiya ilə oyununu təkrarladı? Qol vurduqdan sonra müdafiəyə çəkildiniz...
- Mənim futbolda öz dəsti xəttim var. Millinin oyununu heç vaxt təkrarlamaram. Necə olar bilər axı? Rəşad, Vobay, Emin və Bertuççi hücumda idilər. "Neftçi" heç vaxt müdafiədə oynamır. Belə oynasaydıq, hər komandadan beş qol buraxardıq. Əgər bir komandanın iki cinah müdafiəçisi hücumda oynayırsa, hansı müdafiə futbolundan söhbət gedə bilər? Vobaya gəlincə, onu çıxarıb, kimi daxil edərdim? Ola bilər Vobayda yorğunluq var idi. Çempionatın qrafiki gərgindir. Qarşıda kubok oyunlarımız var. Vobayı çıxardıb, taktikanı dəyişsəydim, kim təminat verər ki, bu uğurlu alınacaqdı.
- Avroliqada ən zəif oyunçunuz kim oldu?
- Bu gün fikir verdinizsə, Elvin, Tərlan, Cavid və Rəşad meydanda idilər. Baxın görün, onların orta yaş həddi nə qədərdi. Çox komanda belə riskə getməz. Zəif isə elə Böyükağa Hacıyevdir. Heç bir futbolçuya zəif deməzdim. Əgər məndən narazısınızsa getməyə hazıram.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər