"Partizan" klubunun baş məşqçisi Vladimir Vermezoviç Avroliqanın qrup mərhələsi çərçivəsində "Neftçi" ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.
"Gərgin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün yaxşı fürsət əldə etdik. Qapıçımız bir neçə yüzfaizli qolları çıxardı. İkinci hissədə komandam daha yaxşı oynadı. Ancaq qırmızı vərəqə aldıqdan sonra zəiflədik".
- Sizcə, hakimin göstərdiyi qırmızı vərəqə doğru qərar idi?
- Həmin epizodu görmədim. Bu barədə bir söz deyə bilmərəm.
- Nəticə sizi qane edirmi?
- Müdafiədə yaxşı oynadıq. 10 nəfərlə qaldıqdan sonra oyun intizamımız pozulmadı. Ona görə də nəticə bizi qane edir. İlk hissə ilə müqayisədə fasilədən sonra daha yaxşı oynadıq.
- İlk oyunda demişdiniz ki, biz sonuncu pillə uğrunda oynamayacağıq. Ancaq birinci yer uğrunda mübarizə aparacağıq. Həmin iddianız yenə qalıb?
- Həmin konfransda nə dediyimi xatırlamıram. Həmişə birinci yer uğrunda oynayırdıq. Heyslənirik ki, birinci pilləni tuta bilmədik.
- Necə düşünürsünüz, "Neftçi" Serbiya çempionatında çıxış etsə, çempionluğa iddialı ola bilərmi?
- Bəli.
- İki oyunun nəticəsinə görə hansı "Neftçi" güclüdür?
- İki çətin oyun alındı. Hər ikisi eyni oyun oldu.
- Qırmızı vərəqə alan oyunçunuzla hansısa tədbir görəcəksiniz?
- Bu barədə danışmaq çox çətindir. Bu, "Srvena Zvezda" - "Partizan" matçında gərginlikdən yaranıb. Oyundan əvvəl Stamenkoviç kəskin fikirlər səsləndirmişdi. Azarkeşlər də bilirlər ki, Stamenkoviç "Srvena Zvezda"nın oyunçusu olub. Oyundan öncə təzyiqlər var idi. Bunu onunla izah edərdim ki, bizim oyunçu cavandır. Əgər o qəsdən qırmızı vərəqə alsaydı, onunla bağlı tədbir görərdim. Dünya futbolunda belə hadisələr olur. Oyundan öncəki hadisələr buna gətirib çıxardı.
- "Neftçi"də fərqləndirdiyiniz futbolçu varmı?
- "Neftçi"də çoxlu səviyyəli futbolçular var. Flavinyo çox yaxşı oyunçudur. Hər bir klub onu heyətində görmək istəyər.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir