Əfran İsmayılov “Qarabağ”da qaldı

Əfran İsmayılov “Qarabağ”da qaldı
ÖLKƏ FUTBOLU 16 Noyabr 2012 / 18:31 4724
-  A +

Əfran İsmayılov “Qarabağ”dan getmək fikrindən daşınıb. Bu haqda Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, Əfran İsmayılov başqa kluba pula görə keçmək istəməsi barədə yayılan söz-söhbətlərdən sonra belə bir addım atıb: “O, baş məşqçi Qurban Qurbanovla danışıb. Qarşılıqlı razılaşma əsasında Əfranın “Qarabağ”da qalmasına qərar verilib”.

Ə.Çəlikəl bildirib ki, ən azı müqaviləsi bitənə qədər – gələn ilin mayın sonuna kimi Ağdam klubunda oynayacaq.
 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner