“Sumqayıt” klubunun və Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin futbolçusu Orxan Əliyev Portuqaliyanın “Portu” klubuna dəvət olunub.
Bu haqda Qol.Az-a “Sumqayıt”ın prezidenti Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq O.Əliyev bu gün Portuqaliyaya yola düşüb. O qeyd edib ki, Orxan Əliyev sabahdan etibarən “Portu”da məşqlərə başlayacaq. 17 yaşı hələ tamam olmayan futbolçumuz ən azı bir həftə ərzində Portuqaliya klubunda baxışda olacaq.
“Noyabrın 2-də “Portu”nun seleksiya işləri üzrə direktorundan bununla bağlı bizə məktub daxil olub. Onun əsas, yoxsa əvəzedici komandada baxışda olacağına gəlincə, yəqin ki, Orxanı əsas komandada sınayarlar. Hər halda bizə məktub əsas komandanın seleksiya işlərinə cavabdeh olan şəxsdən gəlib. Ümidvarıq ki, Orxanın oyunu “Portu”nun məşqçilərini razı salacaq və bu gənc istedad gələcəkdə həmin komandada çıxış etmək imkanı qazanacaq”.
K.Quliyevin sözlərinə görə, əgər portuqaliyalılar Orxanı bəyənsələr, onun rəsmi transferi hələlik baş tutmayacaq: “Çünki FİFA qaydalarına görə, yalnız 18 yaşı tamam olann futbolçunun beynəlxalq transferinə icazə verilir. Orxan Əliyevin isə hələ 17 yaşı bu ilin dekabrın 21-də tamam olacaq. Bu mənada, Orxanın transferi yalnız gələn ilin dekabrın 21-dən sonra baş tuta bilər. Təbii ki, əgər futbolçumuz baxışdan uğurla çıxa bilsə. Belə olsa, klublar arasında müqavilə ilə bağlı rəsmən danışıqlar başlayacaq”.
“Sumqayıt”ın prezidenti qeyd edib ki, “Portu”nun nümayəndələri Orxanın oyununu həm U-19 millisində, həm də “Sumqayıt”ın iştirakı ilə keçirilən matçların videoyazısında izləyiblər: “Portu”ya son olaraq “Neftçi”yə qarşı keçirilən matçımızın diski göndərilib. Həmin görüşdə Orxan gözəl oyunu ilə diqqət çəkib”.
“Sumqayıt”ın prezidenti qeyd edib ki, “Portu” nümayəndələri ilə danışıqları FİFA meneceri Vaqif Heydərli aparıb: “Portuqaliya klubu ilə yanaşı Orxanla İngiltərənin “Liverpul”, qismən də “Tottenhem” klubları da maraqlanıb. Bundan başqa, biz bu il Türkiyədə təlim-məşq toplanışında olarkən “Trabzonspor”un farm-klubu olan “Trabzonspor-1461”dən də ona maraq göstərilmişdi. Amma adları sadalanan klublardan ilk olaraq “Portu”dan bizə məktub daxil oldu. Ona görə də Orxan bu komandanın düşərgəsinə yola düşdü”.
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə