Son turda doğma meydanında “Trabzonspor”a 1:3 hesabı ilə məğlub olan “Kocaelispor” bununla da elitada qalmaq şansını itirib. Məğlubiyyət klub rəhbərliyini də çox üzüb. Maddi durumu onsuz da ağır olan klubun Super Liqanın son üç matçına yalnız gənc futbolçularla çıxacağı gözlənilir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, komandanmın əksər futbolçuları stimul olmayan yerdə oynamaq istəmirlər. Bundan başqa, aparıcı futbolçulardan çoxu digər elita klublarından təkliflkər alıblar ki, onların sırasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıovun da olduğu bildirilir. Klubun prezidenti Sərhan Gürkan da bu xəbərlərin doğru olduğunu deyib: “Trabzonspor”la oyunu çox yaxşı oynadıq. Sadəcə, bəzi futbolçularımızın oyunu məni şoka saldı. O qədər qol imkanı necə qaça bilər? Matçdan sonra baş məşqçimizlə də görüşdük və belə qərara aldıq ki, son üç matçda yalnız gənc futbolçulara şans verək. Bununla da nöbvəti mövsüm birinci divizionda oynayacaq komandanın əsasını qoyacağıq”.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi