Dünən premyer-liqanın XXV turu çərçivəsində keçirilən və “Xəzər-Lənkəran”ın “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmadan sonra cənub klubunun avrokuboklara yollanmaq şansı xeyli azalıb. Qol.Az-ın məlumatına görə, sabah keçiriləcək “Simurq” - "Qəbələ" görüşündə Zaqatala təmsilçisi ən azı 1 xal qazanacağı və son turda “Qarabağ” “Karvan”a qalib gələcəyi halda, “Xəzər-Lənkəran” bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edə bilməyəcək. “Qarabağ”la matçda sonra “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov da ölkəmizi qitə miqyaslı yarışlarda təmsil etmək şanslarının az olduğunu etiraf edib: “Gərgin oyun oldu. Komandamızın bir neçə qol vəziyyəti olsa da, təəssüf ki, futbolçularımız bunlardan yararlana bilmədi. Lakin müdafiəçilərin etdiyi kobud səhv komandamıza baha başa gəldi. Rəqib komanda xoş təsir bağışladı. Bu məğlubiyyətdən sonra avrokuboklara vəsiqə qazanmaq şansımız çox azdır”.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi