Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) dünən onu olimpiadadan uzaqlaşdırdığı barədə yayılan məlumatlara münasibət bildirib:
“Mən London Olimpiadasındayam, niyə uzaqlaşdırılmalıyam? Başa düşmürəm, məni kim uzaqlaşdırıb? Bəyəm, orda hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?”.
A.Əbiyev qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks hakiminin London Olimpiya Oyunlarından uzaqlaşdırılması məsələsində hakimin özünün günahkar olduğunu söyləyib.
Ağacan Əbiyev hakimin rüşvət verildiyi üçün azərbaycanlı boksçunu qalib etdiyi barədə xəbərləri “yalan” adlandırıb: “Bu sözləri boksdan xəbəri olmayanlar deyir. Hakim doğrudan da səhv edib. Ona görə də yarışdan uzaqlaşdırılıb. Səhvi odur ki, boksçu neçə dəfə yıxılandan sonra xəbərdarlıq verməli idi. Vermədiyi üçün yarışdan uzaqlaşdırıldı. Hakimə rüşvət verilməsi barədə deyilənlər tamamilə yalandır. Orda elə şey keçmir. Bunu başa düşmək lazımdır. Hər şeyi rüşvətə qoşmaq olmaz. Hakim zəif olduğuna görə belə bir səhv edib. Zərbədən sonra nokaund olmalı idi. Gərək heç olmazsa, xəbərdarlıq edəydi ki, bu qədər yıxılmaq olmaz. Onun hakim kimi səhvi bu olub, ona görə çıxarılıb. Uşaq-uşaq şeylər danışırlar. Bağışlayın məni, idmandan xəbəri olmayan adamlar belə məlumatlar yayır. Futbolda belə şeylər olur deyə bütün idman növlərinə aid edirlər. Gərək hakim bizim boksçumuza xəbərdarlıq edib, 2-3 dəfədən sonra döyüşü saxlayıb çıxaraydı”.
Hazırkı döyüşləri qiymətləndirən A.Əbiyev deyib ki, boksçularımızın güclüsü də, zəifi də var: “Bəyəm, gedənlərin hamısı medal almalı idi? Nə vaxt belə olub ki? Afinada 9 boksçumuz getmişdi, 2-si bürünc medal almışdı. İndi 7 boksçumuz iştirak edir, hələ oyunlar davam edir”.
Qeyd edək ki, AİBA-nın yaydığı bəyanatda bildirilır ki, hakim Işanquli Meretniyazov "evinə qayıdır".
Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində “qələbəsinə” kömək etməkdə ittiham edilir. Eyni zamanda bəyanatda bildirilir ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib. Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini “bir neçə dəfə pozduğunu” deyib.
Mənbə: teleqraf.com
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya