"İlk oyunda qeydə alınan 1:1 hesablı bərabərlik bizi qane edir. Ancaq arxayınlaşmaq olmaz və buna görə də doğma meydanda qələbəyə oynayacağıq. Düşünürəm ki, gərgin və maraqlı oyun olacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Asteras Tripolis" klubunun baş məşqşisi Sakis Siolis "İnter"lə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
Yunanıstanlı mütəxəssis axşamkı görüşdə hətta penaltilərə də hazır olduqlarını bildirib: "İnter"lə görüş bizim Avrokuboklardakı ilk ev oyunumuz olacaq. Buna görə də, ilk oyunumuzda qələbə qazanmaq istəyirik. Bilirik ki, "İnter" bütün 90 dəqiqə hücumda oynayacaq. "İnter" yaxşı komandadır.
Müdafiədən hücuma sürətlə çıxır. Buna görə də onlara qarşı diqqətli oynamalıyıq. Əsas heyətdə dəyişiklik olmayacaq. Bakıda meydana buraxdığım futbolçular bu görüşdə də forma geyinəcəklər. Əsas məqsədimiz növbəti mərhələyə adlamaqdır. Hətta penaltilər seriyasına da hazırıq".
Qeyd edək ki, "Asteras Tripolis" - "İnter" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüş isə 1:1 hesabı ilə nəticələnib.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar