Tahir Süleymanov: "Bu, bütün Azərbaycan xalqının qələbəsidir"

Tahir Süleymanov: "Bu, bütün Azərbaycan xalqının qələbəsidir"
GÜNDƏM 25 İyul 2012 / 00:38 3772
-  A +

“Neftçi" bir daha sübut elədi ki, güclü komandadır. Bu oyunla hədəfimizin yalnız növbəti mərhələyə adlamaq yox, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu göstərdik. Biz oyundan əvvəl UEFA-ya burdakı bir çox məsələlərlə bağlı müraciət etdik. Çünki Zestafonidə bəzi problemlərlə üzləşdik. Rəqib komanda yayımla bağlı bilərəkdən problemlər yaratdı. Onlar hər vəchlə oyunun nümayişinin qarşısını almağa çalışdılar. Əslində bu Çempionlar Liqası turniri üçün böyük biabırçılıq idi”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov “Zestafoni” ilə oyundan sonra deyib.

Klub rəsmisi oyun zamanı rəqib azarkeşlərin komandanın ehtiyat skamyasına hücum çəkdiyini bildirib: “Ümumiyyətlə rəqibin futbolçuları “Neftçi”nin futbolçularına bilərəkdən zərbələr endirirdilər. Oyunun hakimi matçı çox yüksək səviyyədə idarə etdi. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Bütün azarkeşlərimizi bu qələbə münasibətilə təbrik edirəm. Media nümayəndələrinə də minnətdarlıq etmək istəyirəm. Onlar burda baş verənləri yaxşı işıqlandırdılar”.

Daha çox


Son xəbərlər