Yunan-Roma güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır.
Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub. Son yarış günü yunan-Roma növündə daha 5 çəkidə qaliblər müəyyənləşib.
76 kq çəki dərəcəsində çıxış edən güləşçimiz İslam Abbasov Rusiya, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
46 və 54 kq çəkilərdəki təmsilçilərimiz isə qızıl medala çox yaxın olsalar da, yekunda 2-ci yerlə kifayətləniblər. Ardıcıl 4 görüşdə qələbə qazanan Mikayıl Rəhmanov (46 kq) finalda Gürcüstan, 3 görüşdə döşəyi qalib tərk edən Kərim Cəfərov (54 kq) isə həlledici qarşılaşmada Rusiya idmançısına uduzub.
63 kq çəki dərəcəsində yarışan Ruhin Mikayılov isə medal kolleksiyamıza bürünc əlavə edib.
Xatırladaq ki, yunan-Roma güləşçilərinin ilk yarış günü Murad Məmmədov (58 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medal əldə etmişdi.
Komanda hesabında Azərbaycan 64 xalla 3-cü yeri tutub. Birinci yerə isə 67 xalla Gürcüstan millisi layiq görülüb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi