Qubada Avropa çempionatına hazırlıq gedir

Qubada Avropa çempionatına hazırlıq gedir
GÜLƏŞ 10 İyul 2012 / 18:27 3934
-  A +

İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq Dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.

Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi altında hazıırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub.

Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığma komandası ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir. Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.

Daha çox


Son xəbərlər