Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, çempionatın dördüncü günündə sərbəst güləş üzrə gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçirilib.
İki çəkidə iştirak edən gənc qızlarımız 1 qızıl və 1 bürünc medal əldə edib. 48 kq çəkidə mübarizə aparan Kəmalə Əliyeva bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb. Çempionluq yolunda güləşçimiz ardıcıl olaraq Rusiya, Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda isə Moldova təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradan Kəmalə Əliyeva qızıl medala sahib olub.
55 kq çəkidə təmsilçimiz Yarina Dubovska isə qızıl medalın bir addımlığında büdrəyib. İsveç və Fransa təmsilçilərinə qalib gələn güləşçimiz, yarımfinalda polyak rəqibinə uduzub. Bürünc medal uğrunda görüşdə Rumıniya güləşçisinə heç bir şans verməyən Yarina Dubovska yığmamıza növbəti qələbəni qazandırıb.
Beləliklə, Avropa çempionatında sərbəst güləş üzrə gənc qızların mübarizəsi başa çatıb. Yığmamız çempionatı ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, iyunun 23-24-də gənclərin Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizə aparacaq.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi