Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, iyunun 20-də sərbəst güləş üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclülər müəyyənləşib.
Çempionatın ikinci günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. 55 kq çəki dərəcəsində Qalib Əliyev inamlı qələbələrini final görüşündə də davam etdirib və Avropa çempionu adını qazanıb. Təmsilçimiz ardıcıl olaraq ukraynalı, bolqar və rus rəqibləri üzərində qələbə qazanıb və finala yüksəlib. Finalda erməni güləşçisi ilə görüşdən də tam üstünlüklə (5:0) ayrılan Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
120 kq çəkidə yığmamızı təmsil edən Əli Maqomedabirov macar, türk və ukraynalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi üzərində qələbə əldə edən güləşçimiz Avropa çempionu olub və yığmamıza növbəti qızıl medalı qazandırıb.
84 kq çəkidə mübarizə aparan Pərviz Axundov isə bürünc medal qazanıb. Həlledici görüşdə slovakiyalı güləşçidən üstün olan təmsilçimiz çempionatı 3-cü sırada tamamlayıb. Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla komanda hesabında ikinci olub. Komanda hesabında ilk sırada Rusiya (67 xal), 3-cü sırada isə Türkiyə (47 xal) qərarlaşıb.
Qeyd edək ki, bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəyə qoşulacaq.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi