İspaniya milli komandasının "Avro-2012"dəki heyətində yer alan Serxio Busqest "Real" (Madrid) və "Barselona"lı futbolçuların dostluğu haqda danışıb.
Qol.Az-ın məlumatına görə, "Marca"ya müsahibə verən "Barselona"lı futbolçu "Real"ın oyunçuları ilə dost olmağın çətinliyindən gileylənib:
"Milli komandada hamımız eyni məqsəd üçün mübarizə aparırıq. Oyun zamanı isə bütün problemlərimizi unutmalıyıq. Çünki İspaniya millisi ilə ən yüksək nəticəni qazanmaq istəyirik.
Bu iki komandanın futbolçuları arasında olan gərginliyi də normal qarşılamaq lazımdır. Çünki hər iki klub İspaniya və dünyanın ən böyük komandalarıdır. Bununla belə, millidə "Real" və "Barselona"lı futbolçuların dost olması asan olmadı".
Qeyd edək ki, İspaniya millisi "Avro-2012"də ilk matçını bu axşam İtaliyaya qarşı keçirəcək.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama