Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax “Bild” qəzetinə müsahibəsində komandalarının Avropa çempionatında uğurla çıxış edəcəyinə inandığını ifadə edib.
Qol.Az-ın məlumatına görə, 61 yaşlı futbol rəsmisi milliylə bağlı aktual sualları da cavablandırıb.
- Azarkeşlərin çoxu almaniyalı futbolçuların dövlət himni çalınarkən saqqız çeynəməsindən narazıdır. Siz buna necə yanaşırsınız?
- Məgər, mətbuat lojasında bütün jurnalistlər himni oxuyur? Hətta bəzən siyasətçilər və fəxri qonaqlar da bunu etmirlər. Əlbəttə, mən istəyirəm ki, himni futbolçuların mümkün qədər çoxusu oxusun. Amma heç kimi buna məcbur etməyə hazırlaşmıram. Hər kəs özü qərar verməlidir ki, oyundan əvvəl 90 saniyəni necə keçirsin. Şəxsən mənim üçün bu, böyük bir andır. Bu mənada, heç kim himn çalınanda saqqız çeynəməməlidir.
- Yoahim Löv çempionatın nəticəsindən asılı olmayaraq, vəzifəsində qalacaqmı?
- Hə.
- Hətta komanda qrup mərhələsini adlamasa belə?
- Mən belə suala cavab vermək üçün kifayət qədər nikbinəm. Mən məşqçimizin iş keyfiyyətinə yaxşı bələdəm.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var