"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov ötən gün U-15 liqanın "Bakı" ilə keçirilən final oyununda yaşananlara münasibət bildirib.
T.Süleymanov Qol.Az-a açıqlamasında həmin oyunda yanaşan qalmaqala "Bakı"nın qırmızı vərəqə almış qapıçısının səbəb olduğunu vurğulayıb:
"Bakı" və "Neftçi"nin U-15 klubları arasında oyunda komandamız 1:0 hesabıyla qalib gəldi. Çox təəssüff ki, bu oyundan sonra müxtəlif həqiqətə uyğun olmayan açıqlamalar verilir. Oyunu birinci dəqiqədən sona qədər stadiondan canlı izləyən bir şəxs kimi öz mövqeyimi bildirmək istəyirəm. İlk növbədə bu hadisənin nədən baş verdiyini deyim. “Bakı” klubunun qapıçısı qırmızı vərəqə alaraq, oyundan kənarlaşdırıldıqdan sonra yenidən meydançada idi.
Axı qırmızı vərəqəylə cəzalanan futbolçunun meydançada olması qaydalara ziddi. Görüntülərdən də, açıq-aşgar görünür ki, olayın baş verməsi qırmızı rvərəqə almış qapıçının “Neftçi”li futbolçunu vurmasından sonra başladı. Əlbəttə ki, söhbət 15 yaşlı uşaqlardan getmir. Bu olay “Bakı” klubunun texniki zonasının yaxınlığında baş verdi. Çox təəssüf ki, onlar dərhal müdaxilə edərək, futbolçuları ayırmadılar. İnsident böyüyəndən sonra isə klubumuzun icraçı direktoru Mübariz Xudiyev, komandanın köməkçi məşqçisi Bəxtiyar Musayev və Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri rəhbəri Gündüz Abbaszadənin olay baş verəndən sonra belə aşağı düşmək fikirləri yox idi. Fikirləşdik ki, meydançada hakimlərlə bərabər müvafiq orqanlar var ki, bütün bunların qarşısını alacaqlar.
Bu hadisələrə “Neftçi”nin məşqçilər korpusundan müdaxilə edən olmayıb. Əksinə, aranı sakitləşdirməyə çalışıblar. Təssüfflər olsun ki, futbolçular və onlara köməklik edən şəxslər meydana daxil olaraq, aranı qızışdırdılar. “Bakı” klubunun içraçı direktoru Yaşar Seyidov uşaqlardan birini yerə yıxaraq vurmağa başladı. Y.Seyidov eyni zamanda Mübariz Xudiyevi meydançaya düşməyə təhrik etdi. Bu da görüntülərdə açıq-aydın görünür. Bizim meydançaya düşmək fikrimiz yox idi. Bunu məcburiyyətdən etdik. Bunların ardından meydançaya şəxsən özüm də daxil oldum. Görüntülərdən də aydın olur ki, Yaşar Seyidov Mübariz Xudiyevə zərbə endirmək istədi və olayları bir daha qızışdırmağa başladı.
Hətta bizim içraçı direktorumuzun üstünə 20–yə yaxın şəxs hücum çəkdi. Biz - “Neftçi” futbol klubu olaraq bu cür halları pisləyirik. Onlar hər hansı məğlubiyyətə görə bu cür hallara yol verməməlidirlər. Yenə də deyirəm ki, bu olaya səbəbkar rəqib komandanın qırmızı vərəqə almış, “Neftçi”nin futbolçusunu vuran qapıçısı səbəb olub. “Bakı” klubunun rəhbəri Hafiz Məmmədov yetərincə uşaq futboluna qayğı göstərir. Bunun qarşılığı isə bu cür hadisələrlə cavab verilməməlidir. Söhbət təkcə “Bakı” klubundan getmir. Bu, digər klublara da aiddir. İstər “Neftçi” klubu olsun, istərsə də başqası. Bu cür olaylar törətməklə məğlubiyyətlərə bəraət qazandırmamalıdırlar. Əgər “Neftçi” klbunun nümayəndəsi Hüseyn Məhəmmədov Yaşar Seyidovu sakitləşdirməklə məşğul idisə, “Bakı” klubunun digər məşqçiləri olayı sakitləşdirmək əvəzinə daha da, qızışdırırdılar. Polis orqanlarının və AFFA nümayəndələrinin köməkliyi ilə aranı sakitləşdirməyə nail olduq.
Bütün bu baş verənləri biz pisləyirik. AFFA rəhbərliyindən bütün bunların araşdırılmasını xahiş edirik. “Bakı” klubu ilə “Neftçi” rəhbərləri arasında problem yoxdur. Olada bilməz. Çox istərdik ki, yaxın bir zamanda AFFA rəhbərliyinin dəvəti ilə hər iki klub nümayəndələrinin rəhbərləri səviyyədə görüş baş tutsun. Bunu məqsədə uyğun sayardıq ki, bütün bu olaylara aydınlıq gətirilsin. Bütün günahkarlar cəzalandırılsın".
"Şimal" - MOİK matçında vurulan qollar - Video
Martinsin dublu, "Zirə"nin qələbəsi - Video
"Şimal" MOİK-lə bərabərə qaldı
"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov
"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü
"Zirə" liderliyə yüksəldi, "İmişli"dən qələbə
Şahruddindən qələbə şərhi
La Liqanın prezidenti İngiltərə Premyer Liqasını tənqid etdi
Jorj Kaşkilya: “İmişli” hər oyuna qələbə üçün çıxır”
Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub
"Zirə" - "Şamaxı": Heyətlər
Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
“Qarabağ”da şok itki - Zədəsi ciddidir
"Arsenal"da yeni baş direktor
"Karvan" - "İmişli": Heyətlər açıqlandı
"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?
Minifutbol: "Zirə" Çempionlar Liqasının 1/4 finalında
Haalanddan daha bir uğur
"Formula 1 Azərbaycan Qran-Prisi"ndə sərbəst yürüş başladı
“Braqa”dan “Qarabağ”a mesaj - “Sizin üçün darıxmışıq”
Üç güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
ÇL-də həftənin oyunçusu adına 4 namizəd
“Kayrat”ın baş məşqçisi 1:4-ə belə şərh verdi
"Vulverhempton"dan Vitor Pereyra ilə bağlı qərar - Rəsmi
"Qalatasaray"ın "Ayntraxt"a ağır məğlubiyyəti - Video
Flik onu fantastik futbolçu adlandırdı
“Qarabağ” ilk turu neçənci yerdə başa vurdu?
Azərbaycanlı hakimlər ÇL-in oyununu idarə etdilər