Marko Şarliya: “Bu, ağ yalandır"

Marko Şarliya: “Bu, ağ yalandır"
ÖLKƏ FUTBOLU 11 May 2012 / 12:10 2424
-  A +

“İnter”lə bugünkü oyunda meydana ancaq qələbə üçün çıxacağıq. Başqa cür ola da bilməz. Həm də çempionatın sonuncu oyunu olduğundan qələbə qazanıb, mövsümü yaxşı sonluqla bitirmək istəyirik. Buna görə də 100 faizlik nəticə üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Bakı”nın qapçısı Marko Şarliya deyib. Xorvatiyalı əlcək sahibi son zamanlar “İnter”ə xal verəcəklərinə dair yayılan söhbətlərə də münasibət bildirib: ”İlk öncə onu deyim ki, rəhbərlik və baş məşqçi hər oyunda meydana çıxıb qələbə qazanmağımızı istəyir. Sizi əmin edirəm ki, bu gün necə lazımdır, elə də mübarizə aparacağıq. Oyun satılmasına gəlincə, bu, ağ yalan və çox gülməlidir. “Bakı” kimi komandanın kiməsə bilərəkdən məğlub olması sadəcə, absur şeydi”.

Qeyd edək ki, "İnter"-"Bakı" matçı bu gün saat 17:30-da "Şəfa" stadionunda oynanılacaq.

Son xəbərlər