May ayının 4-6 tarixlərində Finlandiyanın Vantaa şəhərində güləş üzrə son Olimpiya təsnifat turniri keçiriləcək.
Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, Azərbaycanı bu yarışda beş idmançı təmsil edəcək. Sərbəst güləşçilərin turnirində mübarizəyə Mahmud Məhəmmədov (55 kq), yunan-Roma güləşində Vitali Rəhimov (66 kq) və Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) qoşulacaqlar.
Finlandiyaya, həmçinin, yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Saleh Bora, sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov, qadınlardan ibarət güləş yığmamızın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, qadınlardan ibarət yığmamızın böyük məşqçisi Qrek İqnat, eləcə də Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də yola düşəcəklər.
Turnirin proqramına əsasən, mayın 4-də sərbəst güləşçilər, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçilər mübarizəyə qoşulacaq.
Qeyd edək ki, bu günədək güləşçilərimiz London olimpiadasına 13 lisenziya qazanıb. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və qadın güləşində Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi