Təbriz Həsənov: "Komandada müəyyən çatışmazlıqlar var"

Təbriz Həsənov: "Komandada müəyyən çatışmazlıqlar var"
GÜNDƏM 28 Aprel 2012 / 15:28 2032
-  A +

"Turnirə qələbə ilə başlamaq istəyirdik. Sevindiricidir ki, istəyimizə nail olduq".

Qol.Az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məqşçisi Təbriz Həsənov Gürcüstan yığması ilə bu gün keçirilən oyundan sonra (1:0) deyib.

AFFA-nın rəsmi saytına danışan T.Həsənov qələbə qazanmalarına baxmayaraq, komandada müəyyən çatışmazlıqların olduğunu bildirib: "Qələbə qazanmağımıza baxmayaraq, komandada müəyyən çatışmazlıqlar var. Əsasən fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner