"Neftçi" PFK-nın yetirməsi Araz Abdullayev Azərbaycana qayıdıb. Qol.Az-ın məlumatına görə, icarə əsasında Yunanıstanın "Panionios" klubunda çıxış edən gənc futbolçu "Neftçi"nin rəsmi saytına müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Araz, səni yenidən vətəndə görməyimizə şadıq. "Panionios"dakı çıxışın haqqında özündən eşitmək istəyirik.
-Bildiyiniz kimi qış fasiləsində istirahət etmək və təlim-məşq toplanışında iştirak etmək imkanım olmadı. Dekabr ayında dərhal Yunanıstana yollandım və oyunlarda iştirak etdim. Fikrimcə, yaxşı alındı. Bir çox oyunlarda meydana start heyətdə çıxdım. Zədələri nəzərə almasaq elə bir problem olmadı. Komandamızın baş məşqçisi taktiki dəyişikliklər etdiyindən bəzən əvəzlənir, yaxud ehtiyyatda qalırdım. Bununla belə, uğurlu mövsüm keçirdiyimi və ən önəmlisi təcrübə qazandığımı düşünürəm.
- Azərbaycan Unibank Premyer liqası ilə Yunanıstan çempionatını müqayisə edərdin.
-Yunanıstan çempionatında Avropa təcrübəsi olan klublar mübarizə aparır. Bu komandalar hər il avrokuboklarda çıxış edərək güclənir. "Olimpiakos" və "Panatinaikos" kimi komandalara qarşı oyunlarda iştirak etmişəm. Təbii ki, belə rəqiblər olan çempionatda daha sürətli futbol nümayiş etdirməlisən. Azərbaycan çempionatını maraqla izləyirəm. Bilirəm ki, "Neftçi" çempionluğa çox yaxındı. Ölkə kubokunda da komandamız finala çıxıb. Sevinirəm ki, bunda mənim də, az da olsa payım var. Ümumiyyətlə, "Neftçi" hazırkı vəziyyətdə Yunanıstan çempionatında rahatlıqla ilk dördlüyə düşə bilər.
- Fiziki cəhətdən "artırdığın" elə zahiri görünüşündən də hiss olunur. Burada məşqlərə nə zaman başlayırsan?
-Təbii ki, Yunanıstan çempionatının oyunlarında daha çox yüklənirsən. Məşqlərimiz daha intensiv və gərgin keçir. İndi istirahətə buraxılmışıq. Bir müddətdən sonra burada "Neftçi" ilə məşqlərə başlayacam. Təbii ki, karyeramı ölkə xaricində davam etdirmək niyyətindəyəm. Klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirmək istəyirəm. Çünki Avropa təcrübəsi qazanmağıma şərait yaradan "Neftçi" rəhbərliyi oldu. İnanıram ki, "Neftçi" bu il də Çempionlar liqasında mübarizə aparacaq və əgər klub rəhbərliyi və məşqçilər heyəti lazım bilsə, komandama kömək etməyə hazıram.
- Milli komandada oynamaq üçün özünü hazır hesab edirsən?
- "Everton" klubu ilə müqaviləm var. İşçi vizasının olmaması səbəbindən İngiltərədə oynaya bilmirəm. Bu vizanı almaq üçün millinin heyətində oyunlara çıxmalıyam. Həm də bütün futbolçular kimi mənim üçün də millidə oynamaq şərəfdir. Dəvət olunan kimi canla-başla oynamağa hazıram. Özümü buna tam hazır sayıram.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil