Ötən gün “Xəzər Lənkəran” klubunun rəhbərliyi və komanda üzvləri bir araya gəliblər.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə istirak edən və bu görüşün təşəbbüskarı olan klubun prezidenti Mais Mənsimov hər zaman olduğu kimi, indi də klub rəhbərliyi tərəfindən komandaya tam olaraq bütün lazımi dəstəyin olduğunu bildirib.
Son oyunlarda göstərilən nəticələr gözləntiləri əks etdirməsə də, “Xəzər Lənkəran” prezidenti qarşıdakı görüşlərdə komandanın oyununda müsbət dəyişikliklərin olacağına inamını futbolçu və məşqçi heyətinin nəzərinə çatdırıb. Mənsimov klub daxilində olan ümumi yüksək ab-havanı müsbət dəyərləndirdiyini və bunun komandanın yaxşı oyun sərgiləməsi üçün çox vacib amil hesab etdiyini vurğulayıb.
Komandanın üzvləri də öz növbələrində rəhbərlik tərəfindən bütün hallarda nümayiş etdirilən dəstək və inama görə klub prezidenti Mais Mənsimova təşəkkürlərini bildiriblər. Futbolçu heyəti və məşqçilər korpusu komandanın oyununa görə üzərlərinə düşən məsuliyyəti anladıqlarını bildirib. Komanda üzvləri nəticələrin müsbət istiqamətdə dəyişməsi üçün tam güclə çalışmağa davam edəcəklərini klub prezidentinə söz verdilər.
Yuxarı
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev