Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin 4 qarşılaşmasının hamısı eyni gündə və eyni saatda baş tutub.
"Atletiko" (Madrid) klubu bu dəfə Almaniyanın "Hannover" komandasını sınağa çəkib. İspaniya təmsilçisi doğma meydan amilindən maksimum yararlanmağa çalışıb. 1/8 final mərhələsində Türkiyənin "Beşiktaş" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru "Hannover"lə görüşdə də təkrarlamaq niyyətində idi. Gərgin keçən görüş 2:1 hesabı ilə "Atletiko"nun qələbəsi ilə başa çatıb.
Portuqaliyanın yeganə təmsilçisi olan "Sportinq" klubu isə öz meydanında Ukrayna "Metallist"ini qəbul edib. "Mançester Siti"ni turnirdən kənarda qoyan "Sportinq" bu cütlüyün də əsas favoriti hesab olunurdu. Fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri matçın sonlarında qapılarında top görüblər. Bununla belə, "Sportinq" qələbə hesabını qorumağa müvəffəq olub - 2:1.
1/8 final mərhələsində "Mançester Yunayted"i mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) klubu səfərdə "Şalke"nin qonağı olub. İspaniya təmsilçisi səfərdən sərfəli nəticə ilə qayıdacağı təqdirdə doğma meydanda işi daha asan olacaqdı. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha 4 qol olub. Rəqibini daha 3 dəfə məyus edən "Atletik" səfərdə inamlı qələbə qazanıb - 4:2.
Digər İspaniya təmsilçisi "Valensiya" isə Hollandiyada "AZ Alkmaar"ın qonağı olub. Avroliqanın əsas favoritlərindən sayılan "Valensiya" ilk görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaqdı. Lakin Hollandiya təmsilçisi çətin də olsa, qələbə qazanmağa müvəffəq olub. Rəqibini iki dəfə məyus edən "AZ Alkmaar" səfərə minimal hesablı üstünlüklə yollanacaq.
Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 5-də keçiriləcək.
29 mart
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları
00:05. "Atletiko" (Madrid, İspaniya) – "Hannover" (Almaniya) - 2:1
Qollar: Falkao, 9 (1:0), Diuf, 38 (1:1), Salvio, 89 (2:1)
00:05. "Sportinq" (Portuqaliya) – "Metallist" (Ukrayna) - 2:1
Qollar: İzmaylov, 51 (1:0), İnsua, 64 (2:0), Xavyer, 90-pen (2:1)
00:05. "Şalke" (Almaniya) - "Atletik" (Bilbao, İspaniya) - 2:4
Qollar: Lorente, 20 (0:1), Raul, 22 (1:1), 60 (2:1), Lorente, 73 (2:2), Markos, 81 (2:3), Muniain, 90 (2:4)
00:05. "AZ Alkmaar" (Hollandiya) – "Valensiya" (İspaniya) - 2:1
Qollar: Holman, 45 (1:0), Topal, 51 (1:1), Martens, 79 (2:1)
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində