Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Bu mövsümün sürpriz komandalarından sayılan Kiprin APOEL klubu öz meydanında Madrid "Real"ını qəbul edib. "Real" bu görüşün əsas favoriti hesab olunsa da, APOEL doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Lakin "kral klubu" fasilədən sonra 3 qol vurmaqla asan qələbə qazanıb - 3:0.
Günün digər qarşılaşmasında isə "Çelsi" səfərdə "Benfika"nın qonağı olub. "Napoli" ilə görüşdə fantastik oyunu ilə diqqət çəkən London təmsilçisi həmin uğuru 1/4 finalda da təkrarlamaq niyyətində idi. Matçın taleyini bir qol həll edib. Matçın 75-ci dəqiqəsində Salamon Kalunun vurduğu qol "Çelsi"yə minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, sabah daha iki qarşılaşma keçiriləcək. "Milan" öz meydanında "Barselona"nı, "Marsel" isə "Bavariya"nı qəbul edəcək.
27 mart
Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları
23:45. APOEL (Kipr) - "Real" (Madrid, İspaniya) - 0:3
Qollar: Benzema, 74 (0:1), 90 (0:3), Kaka, 82 (0:2)
23:45. "Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kalu, 75 (0:1)
28 mart
23:45. "Milan" (İtaliya) – "Barselona" (İspaniya)
23:45. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya)
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat