Türkiyə Futbol Federasiyası aprelin 12-də İstanbulda "Qalatasaray" ilə "Fənərbaxça" arasında keçirilən oyun zamanı baş verən qalmaqalın iştirakçılarını cəzalandırıb. Federasiyanin Nizam-İntizam Komitəsinin qərarına görə, "Qalatasaray"ın oyunçuıları Arda Turan 3 oyun, Əmrə Aşıq və Səbri Sarıoğlu hərəsi iki oyunu buraxacaqlar.
Derbi matçındakı qalmaqalın əsas səbəkarı olan "fənər"li Dieqo Luqano 5 oyunda komandasına kömək edə bilməyəcək. Onun digər komanda yoldaşları Semih Şəntürklə qapıçı Volkan Dəmirələ isə 3 oyunluq cəza kəsilib.
Bundan başqa, "Qalatasaray" 80 min, "Fənərbaxça" klubu isə 45 min 500 türk lirəsi cərimə ödəyəcəklər. "Qalatasaray" klubunun prezidenti Adnan Polata da cəza verilib. O, oyundan sonra Futbol Federasiyasının ünvanına söylədiyi fikirlərinə görə, 45 gün komandasının oyununu meydançada izləməkdən məhrum edilib.
Federasiyanın Nizam-İntizan Komitəsi baş verən olaylara görə "Qalatasaray" klubunun ev oyunlarının keçirilməsi ilə də bağlı ciddi qərarlar çıxarıb. Komanda bundan sonrakı turlarda "Ankaraspor"la tamaşaçısız oynayacaq. Komandanın "Ankaragücü" ilə oyunu isə neytral meydanda keçiriləcək.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi