Suriya hakimiyyətinə bağlı olan “Dünya TV” hələ çox müzakirə olunacaq və gülməli görünən bir iddia ortaya atıb.
Qol.Az-ın məlumatına görə, telekanal İspaniyanın “Barselona” klubunun Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparan silahlı müxalifətə dəstək verməkdə ittiham edib.
Ən qəribəsi isə odur ki, telekanal “Barselona”nın bu dəstəyi məhz öz oyunu zamanı verdiyini sübut etməyə çalışıb.
“Barselona”nın Madrid “Real”ı ilə oynadığı və Messinin qol vurduğu oyundan görüntülərin verildiyi xəbərdə bildirilib ki, “Barcelona”lı futbolçular bir-birinə etdiyi ötürmələrlə Bəşər Əsədlə mübazirə aparan dəstəyə silah qaçırmaq üçün hərəkət istiqamətini cızıb.
Suriyə xəritəsiylə qol görüntüsünün üst-üstə verildiyi süjetdə “Barselona”lı oyunçular silah qaçaqmalçıları, top isə silah kimi təqdim edilib.
Müəlllif bildirib ki, ötürmələr zamanı topun dayandığı nöqtə silahların yerləşdiyi ərazini göstərir.
Gülməlisi odur ki, Fabreqas bir otürmə verdikdən sonra müəllif silahların Hamus şəhərinı çatdığını deyib. Messi ötürməni alarkən “Messi silahları Əs-Sükhan” şəhərindən götürdü” – ifadəsini işlədib.
Bundan başqa, sujetin müəllifi qeyd edib ki, Pedronun vurduğu qoldan sonra topun tora taxil olduğu nöqtə isə silahların artıq son məntəqə olan Deyrizor şəhərinə çatdığını işarədir.
Bununla bağlı xəbərlər internetdə yayımlandıqdan sonra ərəb dünyasındakı yüzminlərlə insan Bəşər Əsədin tərəfdarı olan “Dünya TV”ni lağa qoymağa başlayıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat